Azərbaycanla Ermənistan arasında avtomobil nəqliyyat dəhlizinin razılaşdırılması üçtərəfli işçi qrupu çərçivəsində davam edir və artıq başa çatmaq mərhələsindədir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.
“Məlum olduğu kimi, dəmiryol marşrutu artıq razılaşdırılıb, indi avtomobil marşrutunun və nəqliyyat dəhlizinin funksiya rejiminin razılaşdırılması başa çatır”, – deyə nazir bildirib.
Bu baxımdan rusiyalı nazir iyunun 3-də keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sədrliyi ilə işçi qrupunun 10-cu iclasını yüksək qiymətləndirib.