Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 108,969 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4% təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 13% artaraq 46,240 milyon ABŞ dolları (ümumi ixracın 11,4%-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,9% artaraq 62,729 milyon ABŞ dolları (ümumi idxalın 3,9%-i) olub.
İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 39,3% artaraq 2 milyard 008,08 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 19,3% artaraq 403,853 milyon ABŞ dolları, idxalın dəyəri isə 45,5% artaraq 1 milyard 604,226 milyon ABŞ dolları təşkil edib.