2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 340 milyon dolları ötüb.
Bunu AZPROMO rəhbərinin müşaviri Zöhrab Qədirov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artıb.