İqtisadiyyat Nazirliyində Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafında önəmi və tərəfdaşlığımızın genişləndirilməsi perspektivləri barədə fikirlər bölüşülüb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir.