8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1.184 mlrd. dollara çatıb

2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169.1% artıb.

Bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169.1% artaraq 1.184 milyard ABŞ dolları təşkil edib. “Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir”, o əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər