“Biz razılığa gəldik ki, iqtisadi imkanlarımızı daha da inkişaf etdirək”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Biz iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün bütün fikirləri, ideyaları həyata keçirməyə çalışacağıq. Hərbi və siyasi sahədə də əməkdaşlığımızı davam etdirəcəyik”, – o vurğulayıb.