“Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Təbii ki, iki ölkənin vətəndaşlarının gediş-gəlişi var, bu zaman olan dövriyyə hesablanmır. Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik”.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.