İranda yeni ilin başladığı ötən il martın 21-dən bu il fevralın 21-nə qədərki 11 ay ərzində bu ölkə ilə Azərbaycan arasında 645 min ton yük daşınıb.
Bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulam-Hüseyn Vəladi bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 28% çoxdur.
Q.Vəladi qeyd edib ki, 11 aylıq yükdaşımaların 373 min tonu və yaxud təxminən 58%-i dəmir yolu vasitəsilə həyata keçirilib.
“11 ayda dəmir yolu ilə (Astara) Azərbaycandan İrana 206 min tondan çox yük daşınıb ki, bu da 58% artım deməkdir. İrandan Azərbaycana isə 167 min tondan çox yük, əsasən sitrus meyvələri, müxtəlif növ digər meyvələr, sement, kimya sənayesi məhsulları, kafel və ərzaq məhsulları nəql edilib”, – deyə baş direktor əlavə edib.