1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanla İsrail arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O qeyd edib ki, sənəd iki ölkə arasında ticarət və maliyyə dövriyyəsinin həcminin artmasına və vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək: “Qanun layihəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər