Azərbaycanla Malayziya arasında birbaşa hava reysinin açılmasına dair müzakirələr aparılır.
Bu barədə Azvision.az -a müsahibəsində Malayziyanın Azərbaycandakı yeni səfiri Dato Yubazlan bin Yusof deyib. Onun sözlərinə görə, birbaşa reysin açılması turist axınına səbəb ola bilər:
“Malayziyalılar səfər etməyi xoşlayırlar. Lakin birbaşa hava reysi olmadığına görə Azərbaycana səfər edən malayziyalıların sayı çox deyil. Reysin açılması insanlarımızın bir-birini daha yaxından tanıması, o cümlədən biznes dairələri arasında əlaqələrin inkişafına səbəb ola bilər. Biz ümid edirik ki, tezliklə bu istiqamətdə danışıqları yekunlaşdıra biləcəyik”, – deyə diplomat vurğulayıb.
Səfir əlavə edib ki, viza prosesinin sadələşdirilməsinə dair də müzakirələr aparır: “Azərbaycanlılar Malayziyaya vizasız səfər edirlər. Lakin Malayziyadan Azərbaycana gəlmək üçün viza tələb olunur. Biz bununla bağlı da müzakirələrə başlamışıq”.