Azərbaycan və Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza tələbindən azadolma haqqında Saziş, eləcə də konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.
Bildirilib ki, bu sənədlər iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Qeyd edək ki, sənədləri Omana rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və bu ölkənin xarici işlər naziri Badr əl-Busaidi imzalayıblar.







