Azərbaycanla Özbəkistan arasında turist səfərlərinin sayını artırmaq üçün iki ölkənin milli aviadaşıyıcılarının reyslərinin sayının artırılmasına ehtiyac var.
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (“AITF 2023”) açılış mərasimində bildirib.
“Hazırda Azərbaycan vətəndaşları Özbəkistana gələn turistlər arasında sayına görə 12-ci yerdədir. Ölkələrimiz arasındakı münasibətlər turist səfərlərinin sayını artırmağa imkan verir”, – deyə o qeyd edib.