Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən biznes forumda ümumi dəyəri 500 milyon dollardan çox olan 19 müqavilə imzalanıb.
Bunu Azərbaycan-Özbəkistan qadın sahibkarların biznes forumunda çıxış edərkən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.
Onun sözlərinə görə, imzalanan sənədlər geniş əhatə dairəsinə malikdir və turizm, investisiya, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.
“Elə bir sahə yoxdur ki, dövlətlərimizin rəhbərliyi tərəfindən imzalanan bu 19 sənədə daxil edilən məsələləri əhatə etməsin”, – deyə Tənzilə Narbayeva qeyd edib.