8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub.

Banker.az nazirliyə istinadən xəbər verir ki, S.Babayev və B.Hayi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayıblar.

Sənədin Azərbaycan və Pakistanın əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Memorandumda iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsi,  işsiz və işaxtaranlar üçün peşə hazırlığı, peşə standartlarının hazırlanması və tətbiqi, əməkçi miqrantların hüquqlarının təminatına nəzarətin həyata keçirilməsi və s.istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin sənəddə əlilliyi olan şəxslərin reabilitasiyası və məşğulluq imkanlarının artırılması, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərlə bağlı siyasətin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlıq edilməsi əksini tapır.

Son xəbərlər
Digər xəbərlər