19 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanla Qətər arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad Əl-Nuaiminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfər edib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Baş prokuror Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətər Dövlətinin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.

Qətər nümayəndə heyətinin rəhbəri İssa bin Səad Əl-Nuaimi təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Tədbirlərdə Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hinzab və ölkəmizin Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər