Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini yumşalda bilər.
Bunu Gürcüstan Milli Bankının sədri Koba Qvenetadze deyib.
Onun sözlərinə görə, neft qiymətlərinin artması dövlətin enerji daşıyıcıları qiymətlərini subsidiyalaşdırmadığı ölkələrə təsir göstərir.
“Gürcüstanda dövlət enerji daşıyıcıları qiymətlərini subsidiyalaşdırmır. Ona görə də daxili bazarda enerji qiymətləri artır. Amma qaz qiymətləri ilə bağlı vəziyyət fərqlidir. Belə ki, mavi yanacaq tədarükü ilə bağlı qısamüddətli ikitərəfli müqavilələr inflyasiyanın təsirini yumşalda bilər”, – K.Qvenetadze deyib.