6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanla Qazaxıstan arasında vizasız gediş-gəliş haqqında sənədə dəyişiklik edilib

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumat verilib.

Bildirilib ki, həmin Protokolla Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aşağıdakı dəyişiklik olunub:

– Bir Tərəfin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da Azərbaycan Respublikasında 30 gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

 

Son xəbərlər
Digər xəbərlər