“Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları 4.2 milyon tona çatıb”

Bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcminin artırılması planlaşdırılır.

Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında deyib.

“Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları 1.5 dəfə artaraq 4.2 milyon tona çatıb. Bundan başqa, keçən il Orta Dəhliz üzrə daşıma 65% artıb”, – o bildirib.

Onun sözlərinə görə, yükdaşımaların artması bir sıra şirkətlərin dəmir yolu daşımalarında güzəştlər əldə etməsi ilə bağlıdır: “Üstəlik, Çindən konteyner daşımaları 3 dəfə artıb”.

S.Ablaliyev vurğulayıb ki, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsində təkcə region ölkələri maraqlı deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər