Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması təklif olunur.
Bu məsələ qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini, Turizm Departamentinin direktoru Şatmanov Samat Bekturoviç arasında keçirilmiş işgüzar görüşdə müzakirə olunub.
Görüş Qırğızıstanın yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Tərəflər ikitərəfli turizm əlaqələrinin inkişafını müzakirə edib, B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə ATAA ilə Qırğızıstanın Turizm Departamenti arasında gələcəkdə də turizm əlaqələrinin genişləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirilməsi qərara alınıb.