12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsinin həcmi bu ilin yanvar-oktyabr aylarında 2.35 dəfə artıb.

Banker.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfirliyinin Rumıniyanın Birlik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev deyib.

S.Babayev digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlığın genişlənməkdə olduğunu bildirib. O, ötən ay Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu, həmin nazirliklə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən sənəd imzalandığını qeyd edib.

Nazir bildirib ki, 2009-cu ildə iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, ümumilikdə ötən illərdə 61 əməkdaşlıq sənədi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər