Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.
Bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mher Qriqoryan deyib.
“Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq”, – o bildirib.
M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.
O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.
“Bu prosesdə heç bir ziddiyyət yoxdur”, – baş nazirin müavini əlavə edib.