Azərbaycanla Serbiya arasında diplomatların ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlbinə dair saziş təsdiqlənib.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.