Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Sinqapurun “Infinite Orbits PTE Ltd” şirkəti ilə peyk xidmətlərinin göstərilməsinə dair strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
“Azərkosmos”dan verilən məlumata görə, müqaviləni Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov və “Infinite Orbits” şirkətinin baş direktoru Adel Haddoud imzalayıblar.