2023-cü ildə “Azərbaycan ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb və sənədin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.
“Bu saziş ölkələr arasında biznes mühitini daha da yaxşılaşdıracaq”, – deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, bu gün Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun I iclasını keçirilib: “İqtisadi əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün müxtəlif sahələrdə səylərimizi gücləndirməyə razılaşdıq, çünki bunun üçün bütün lazımi şərait var”.