“Ermənistanın heç vaxt qonşu ölkəyə ərazi iddiası olmayıb və Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı bənd rəsmi Bakı ilə gələcək sülh müqaviləsinə daxil edilə bilməz”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, belə bir bəndin salınması Azərbaycanın eyni tələblər irəli sürməsinə səbəb ola və sülh müqaviləsinin həyata keçirilməsini mümkünsüz edə bilər:
“Düşünürəm ki, Ermənistan və Azərbaycanın imzalayacağı mümkün sülh müqaviləsində belə bir bənd olmamalıdır. Bu, eyni tələblərin irəli sürülməsinə səbəb ola bilər. İkincisi, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb. Ərazinin göstərilməsi isə mümkün sülh müqaviləsinin icrasını yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə endirəcək”.