14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi $6 milyarda yaxınlaşır

2022-ci ildə Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 5.8 mlrd dollara çatıb. Bu da 2021-ci il ilə müqayisədə 25% artım deməkdir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Agro Business Forum Azerbaijan-2023” forum-sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hədəf iki ölkə arasında xarici ticarət dövriyyəsini 15 mlrd.dollara çatdırmaqdır.

“Bu hədəfə çatmaq üçün kənd təsərrüfatı sahəsində olduğu kimi digər sahələrdə də əməkdaşlığımızı davam etdiririk. Qida və kənd təsərrüfatı sahəsi sektoru qida zəncirinin ən vacib elementidir. Türkiyə kənd təsərrüfatı sahəsində dünyada önəmli, 17-ci yerdədir. Avropada isə bu sahədə ilk yerlərdəyik. Ötən il Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracı 30 mlrd.dolları ötüb”,- deyə Cahid Bağçı bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər