7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri çəkilir

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Bu məqsədlə bu gün hər iki ölkənin energetika naziri bir araya gələcək.

Nazirlər Naxçıvanın fasiləsiz təbii qazla təmin olunması üçün anlaşma memorandumu imzalayacaqlar.

Qarabağ işğaldan azad edildikdən sonra Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri vasitəsilə təmin ediləcək.

Layihənin icrası BOTAŞ və SOCAR-a həvalə olunacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər