10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanla Türkiyə Avropa ölkələrinin əlavə qaz tələbatlarını ödəmək üçün iş aparır

Türkiyə və Azərbaycan Cənub-Şərqi Avropa ölkələrinin təbii qaza əlavə tələbatlarını hansı şəkildə qarşılaya bilinməsinə dair işlər aparır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, bununla bağlı iki ölkə TAP və TANAP-ın ötürmə qabiliyyətinin artırılmasına çalışır.

“Hətta Azərbaycanın da xeyrinə olacaq şəkildə Türkmənistan qazının da bu sistemə bağlanmasını müzakirə edirik. Bu məsələ də Avazada keçirilən Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin Zirvə görüşü çərçivəsində qiymətləndirilib”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, bununla bağlı Rusiyanın təklifi olsa da (Türkiyədə Rusiya təbii qazının tədarükü üçün mərkəzin yaradılması-red.), lakin bu təklifin Avropaya aid olması səbəbi ilə onlar tərəfindən müvafiq tələbin olması zəruridir.

Son xəbərlər
Digər xəbərlər