Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922.5 mln. dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 12 ayda Azərbaycan bu ölkədən 452.5 mln. dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 470 mln. dollar olub.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.