16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabilet satışına başlayıb.

İlk aviareysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.

Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.

Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən “Report”a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər