-1 C
Baku
Saturday, February 22, 2025

Azərbaycanla Vyetnam arasında statistika sahəsində əməkdaşlıqla bağlı memorandum təsdiq edilib

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında yer alıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər
Digər xəbərlər