Azərbaycanla Yaponiya arasında kredit sazişinin müddəti artırılıb.
Bu, Prezident İlham Əliyevin 2021-ci il iyulun 6-da və noyabrın 12-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi barədə qanun imzalaması ilə mümkün olub.
Kredit sazişi JICA-nın Azərbaycana 32,851 milyard yapon yeni borc verməsini nəzərdə tutur.
Sənəd həmin vəsaitdən ən son istifadə müddətinin 2017-ci il mayın 29-dan 2021-ci il dekabrın 30-na dəyişdirilməsini nəzərdə tutur.