Bu ilin aprelinin 11-də Abşeronda yerləşən “Karat” MMC un məmulatları şirkətinin baş ofisindən 1 milyon manat oğurlanması faktı ilə bağlı yeni təfərrüatlar məlum olub. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, oğurluqda təqsirli bilinən Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman oğlu İmaməliyevin anası və qardaşı da iyunun 3-də saxlanılıblar. Fakt DİN-in nəzarətində olduğundan RPŞ saxlanılan şəxslər barədə əlavə məlumat vermir. İstintaq şöbəsi isə saxlanılan 5 nəfər barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyini təsdiq edib.
Məlumat üçün bildirək ki, Ramiz İmaməliyev tərəfindən oğurlanan məbləğin böyük hissəsi qısa zamanda əyləncəyə, kafe və barlarda gecə klublarında qızlara xərclənib. 198.500 manat təqsirləndirilən şəxsin babasının məzarında başdaşının altından aşkarlanaraq götürülüb. Səməd Vurğun küçəsi-41-də yaşayan R.İmaməliyevin mənzilindən 24 min manat müsadirə olunub.
Oğurluq yolu ilə alınmış “İNFİNİTİ markalı maşının salonunun saxlanc yerindən isə əlavə olaraq, 5 min tapılıb. O da məlum olub ki, təqsirləndirilən şəxs Salyandakı uşaqlar evinə 2 min manat bağışlayıb.
Bizim Yol