22 C
Baku
Tuesday, July 2, 2024

Azərbaycanlı iş adamı Türkiyənin milyarderlər siyahısında

Azərbaycanlı iş adamı Mübariz Mənsimov siyahının 18-ci pilləsində yer alıb

2014- cü ilin hesablamasına görə, siyahının sonuncu pilləsində iş adamı Murad Varğı yer alıb. Onun sərvəti 1 milyard dollardır. Murad Vargı “MV” holdinqin qurucusu və “KVK” İdarə Heyətinin sədridir.

24-cü sırada Dəniz Şahenk yer alıb. Şahengin 1 milyard 50 milyon dollar sərvəti var. Dəniz Şahenk vəfat edən “Doğuş Holdinq”in qurucusu Ayxan Şahenkin xanımıdır.

Siyahının növbəti pilləsində Əhməd Çalık qərar tutub. Çalık 1 milyard 100 milyon dollar sərvətin sahibirir. Əhməd Çalık “Çalık Holdinq” İdarə Heyətinin sədridir.

İş adamı Aydın Doğanın 1 milyard 100 milyon dollar sərvəti var və o “Doğan Holding”in fəxri sədridir.

Suat Günselin 1 milyard 200 milyon dollar sərvəti var. Günsel Yaxın Şərq Universitetinin qurucu və rektorudur.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov siyahının 18-ci pilləsində yer alıb. 2014- cü ilin hesabatına görə, Mübariz Qurbanoğlunun 1.3 milyard dolları var. Azərbaycanlı iş adamı “Palmali Holdinq” İdarə Heyətinin sədridir.

Mustafa Lətif Topbaş 1 milyard 300 milyon dolların sahibidir. Mustafa Lətif “BİM” İdarə Heyətinin sədridir.

Məşhur iş adamı Əli Ağaoğlunun 1 milyard 550 milyon dolları var. Ağaoğlu, “Ağaoğlu” Şirkətlər Qrupu İdarə Heyətinin sədridir.

Sinan Tara 1 milyard 600 milyon dolların sahibidir.

Murad Ülkər və Şarık Tara Türkiyənin ən varlılarıdır. Onların 3 milyard 300 milyon dollar sərvəti var.

faktxeber.com

Son xəbərlər
Digər xəbərlər