Mübariz Mənsimov Türkiyədə ilin ən uğurlu iş adamı seçilib.
“Palmali” şirkətlər qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun sahibi və fəxri prezidenti Mübariz Mənsimov “GQ Men of the Year” kateqoriyası üzrə qalib olub.
Aparılan sorğuda hamıdan çox səs alan M.Mənsimovun böyük layihələrə imza atması ən uğurlu iş adamı seçilməsində həlledici rol oynayıb.
Türkiyədə ilin idmançısı nominasiyasında isə Didye Droqba fərqlənib.
Qeyd edək ki, dekabrın 11-də “Four Seasons Bosphorus” otelində qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.