Rusiyada yaşayan azərbaycanlı deputat vəfat edib.
İllərdir Rusiyada yaşayan və orda fəaliyyət göstərən, Rusiyanın Çelyabinsk Vilayətinin deputatı, əslən Azərbaycanın Cəbrayıl rayonundan olan İsmayıl Abdullayev yaşadığı Çelyabinskdə koronavirusdan vəfat edib.
İ. Abdullayevin nəşi Azərbaycana gətirilib və öz vəsiyyəti ilə valideyinlərinin yanında, Füzuli rayonunda dəfn olunub.
Qeyd edək ki, İsmayıl Abdullayev Rusiyada fəal azərbaycanlılardan biri olub. O iş adamı kimi də fəaliyyət göstərib və bir çox işə ehtiyyacı olan azərbaycanlıları işlə təmin edib. Eyni zamanda, İsmayıl Abdullayev idman yarışları zamanı Rusiyaya gedən bir çox azərbaycanlı idmançılara və idman federasiyalarına da dəstək olub.