14 C
Baku
Wednesday, April 23, 2025

Azərbaycanlı investorların Abu Dabi Fond Birjasına çıxışı istiqamətində işlərə başlanılıb

Qlobal maliyyə bazarlarına inteqrasiya sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Fond Birjasına məxsus Tabadul Rəqəmsal Platformasına qoşulmaq üçün hüquqi və texniki bazanın hazırlanması işlərinə başlanılıb.

Bunu “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O bildirib ki, bu strateji əməkdaşlıq ölkəmizin kapital bazarının regional və beynəlxalq likvidlik mənbələrinə çıxışını təmin edəcək, Ərəb körfəzi ölkələri və qonşu dövlətlərlə sərhədlərarası qiymətli kağız ticarətinə imkan yaradacaq, həmçinin beynəlxalq investorların Azərbaycan kapital bazarında iştirakına zəmin yaradacaq.

“Qeyd etmək istərdim ki, BFB-nin strateji inkişaf təşəbbüslərinin texnoloji – rəqəmsal həllər vasitəsilə dəstəklənməsinin də təmin edilməsi üçün texnoloji sistemlərin diaqnostikası aparılmış və ticarət sisteminin təkmilləşdirilməsi və mümkün olan tezliklə bazar iştirakçılarının texnoloji sistemlərinə inteqrasiyasının sürətləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb və icrasına başlanıb”, – Ruslan Xəlilov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər