Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.
Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.
“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
İş üzrə zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.