“Milana Medical” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin Əhalinin Sanitariya-Gigiyena və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan İnzibati Xətalar – 215.1 maddəsi ilə irəli sürülüb.
Protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Xalidə Əlisoydur.
İXM-in 215.1-ci maddasinə görə, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə – fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Milana Medical” MMC-nin rəhbəri, iş qadını və yazar kimi tanınan Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdır. Buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olmuşdur.
Onu da qeyd edək ki, 57 yaşlı Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O əvvəlcə “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə Milan Hospitalın baş direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür.