Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərova ziyan dəyib.
“Bloomberg” agentliyinə istinadən məlumata görə, şirkətinin səhmlərinin 18% ucuzlaşması iş adamının gəlirlərinin kəskin azalmasına yol açıb.
Azərbaycan əsilli rusiyalı biznesmen ilin əvvəlindən bəri 1 milyard dollardan çox pul itirib.
Mayın 31-nə Ələkbərovun sərvəti 11 milyard dollara qədər azalıb.