11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanlı milyarder restoranlarını satır

Telman İsmayılovun sahibi olduğu AST şirkətlər qrupu Moskva bankı ilə hesablaşmaq üçün “Кра́сная Пре́сня” və “Измайловa”-da yerləşən binalarını sata bilər.

Moskva bankı və КБФ AST şirkəti (AST şirkətlər qrupuna daxildir) banka olan 4 milyard rubl borcun ödənilməsi ilə bağlı razılığa gəlməyə çalışırlar. Verilən məlumatlara görə, şirkət bir neçə il bundan əvvəl bir sıra aktivlərini girov qoyaraq bankdan kredit götürmüş və son zamanlar geri ödəməmişdir. Bundan əlavə, Hesablama palatasının hesabatına əsasən, КБФ AST şirkəti kreditin ödənilməsi müddətini də gecikdirmişdir.

Moskva bank nümayəndəsinin verdiyi məlumata görə, borcun bağlanması üçün “Кра́сная Пре́сня” və “Измайловa”-da yerləşən binaların satışı barədə qərar qəbul edilib. Bu binaların satışının reallaşdırılması isə bu ilin III rübündə nəzərdə tutulub. Həmçinin onun sözlərinə görə, bu satışlardan əldə edilən gəlir kifayət etməzsə, “Praqa” restoranı da satışa çıxarıla bilər. Lakin hələ ki, milyarderin “Praqa” restoranını satmadan da borcunu ödəmək imkanı var.

AST qrupuna edilən rəsmi sorğu cavabsız qalıb. Moskva bankının rəsmi nümayəndəsi yalnız bunları bildirib: “AST bankın müştərisidir və borcun ödənilməsi ilə bağlı suallar birgə həll edilir”.

Qeyd edək ki, hazırda “Praqa” restoranının dəyəri 180-230 milyon dollar həcmində qiymətləndirilir və Azərbaycanlı milyarder tək bu restoranını satmaqla banka olan borcunu bütünlüklə ödəyə bilər.

Son xəbərlər
Digər xəbərlər