“Lukoyl” “Spartak”ın maliyyəsini artırmayacaq. Baxmayaraq ki, bu klub Rusiya çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb”.
TASS-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında deyib. Azərbaycanlı milyarderin fikrincə, Çempionlar Liqasına vəsiqə qazanması “Spartak”a əlavə qazanc imkanı verir: “Klub özü qazanmalıdır. Amma vurğulamalıyam ki, “Spartak”ın maliyyəsini azaltmayacağıq və klubun baş sponsorları kimi qalırıq”.
Qeyd edək ki, “Spartak” bu mövsüm 10-cu dəfə Rusiya çempionu olub.