13 C
Baku
Friday, May 17, 2024

Azərbaycanlı milyarderin 7 ulduzlu oteli satıldı

Azərbaycanlı milyarderə məxsus otel sataıldı. AST Telmana məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən “Mardan Palace”nin yeni sahibi bəlli olub. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır.

Məlumata görə, Antaliyadakı otelin icradan satışı bu gün gerçəkləşib. 719 milyon liraya satışa çıxarılan otel üçün bank 360 milyon 50 min lira ödəniş edib.
Bu 7 ulduzlu otelin uzun müddət idiki maliyyə problemləri ilə üz-üzə idi.
Satış səhər saat 10:00-da başlayıb və qısa zamanda yekunlaşıb.
Əldə edilən məlumata görə, Halk Banka ilk olaraq otelin borclu olduğu Garanti Bankı ilə hesablanacaq və 207 milyon lira onun hesabına keçiriləcək.
Azərbaycanalı milyarderin oteli “Mardan Palace” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır. (anspress.com)
Son xəbərlər
 ⁠
Digər xəbərlər