Moskva vilayətinin Arbitraj Məhkəməsi VTB qrupuna daxil edilən “BM-Bank”ın (keçmiş Bank Moskva) Çərkəz bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılovun müflis olduğuna dair ərizəni əsaslı hesab edib. Banker.az saytı xəbər verir ki, “Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə onun barəsində müflisləşmənin ilkin proseduru hesab edilən borc restrukturizasiyasını təsdiqləyib.
Məhkəmə restrukturizasiya planının təsdiq edilməsinə dair iclası dekabrın 15-nə təyin edib.