“Tap Development” MMC Teymur Əhmədov adına “AzNar” QSC ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, “Tap Development” MMC Şəki Kommersiya Məhkəməsinə müraciət edmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti Podrat müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.
Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.