12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanlı milyarderin yerli şirkətinin rəhbərliyində dəyişiklik olacaq

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyində dəyişiklik olduğuna görə 27 may 2022-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Teymur Əhmədov adına “Az­Nar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.

2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “Az­Nar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

4. Teymur Əhmədov adına “Az­Nar” QSC-nin direktorlar şurası barədə.

5. Teymur Əhmədov adına “Az­Nar” QSC-nin icra orqanı barədə.

6. Teymur Əhmədov adına “Az­Nar” QSC-nin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər barədə.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər