6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanlı oliqarx 5 milyard dollar itirdi

Rusiyanın əsas 15 oliqarxı Qərb sanksiyalarının, neftin ucuzlaşması və rublun devalvasiyası nəticəsində 1 il müddətində 50 milyard dollar itirib.

Bu barədə məlumatı CNN telekanalı yayıb.

Məlumatda ilk pillələrdə “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson, “Novolipetsk” polad kombinatının sahibi Vladimir Lisin və özbək milyarder Alişer Usmanovun yer aldığı bildirilir.

Qeyd edək ki, yoxsullaşan oliqarxlar arasında “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun da adı var. O, sanksiyalar üzündən  4,9 milyard dollar itirib.

Axar.az

Son xəbərlər
Digər xəbərlər