15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanlı “Gazprom”a sədr müavini təyin olunub

Azərbaycanlı Famil Sadıqov Rusiyanın nəhəng şirkəti olan “Qazprom” İctimai Səhmdar Cəmiyyətinin (Gazprom) İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Sadıqov sədrin maliyyə-iqtisadi məsələləri üzrə müavini olacaq. Sadıqovdan öncə bu vəzifəni Andrey Kruqlov yerinə yetirib. Kruqlov digər vəzifəyə təyin olunmağı ilə əlaqədar bu vəzifədən azad edilib.

Qeyd edək ki, Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.

F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.

Trend

Son xəbərlər
Digər xəbərlər