İran ixrac potensialını artırmaq məqsədi ilə azərbaycanlı mütəxəssisləri və universitet məzunlarını biliklərə əsaslanan şirkətlərdə (intellektual şirkətlərdə) işləməyə dəvət edəcək.
Xarici mütəxəssislər bir il ərzində təcrübə keçdikdən sonra işə qəbul üçün İran şirkətlərinə təqdim ediləcək.
Qeyd olunur ki, Azərbaycandan başqa, İraq, Suriya, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Afrika Birliyi ölkələri də daxil olmaqla digər inkişaf etməkdə olan ölkələrin mütəxəssisləri də dəvət ediləcək.
Daha əvvəl İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari biliyə əsaslanan şirkətlərin sanksiya tətbiq edilmiş əmtəə və məhsul istehsalına istiqamətləndiyini bildirmişdi.
Onun sözlərinə görə, ölkədə hər il 1 milyard dollar dəyərində məhsul ixrac edən 4600 biliyə əsaslanan şirkət fəaliyyət göstərir.
Report