24 C
Baku
Friday, September 26, 2025

Azərbaycanlı təsisçisi olan WeTravel 92 milyon dollarlıq yeni investisiya cəlb edib

Səyahət və tur operatorları üçün onlayn xidmətlər təqdim edən WeTravel startapı növbəti inkişaf mərhələsi üçün 92 milyon dollarlıq investisiya əldə edib.

Şirkətin açıqlamasına görə, maliyyələşmə Sapphire Ventures, Left Lane Capital, Base10 Partners və Cross Creek fondları tərəfindən reallaşdırılıb.

Banker.az-ın verdiyi məlumata görə, WeTravel 2014-cü ildə Qərib Mehdiyev, Yohannes Koeppel və Zaki Prabovo tərəfindən təsis edilib. Platforma qlobal miqyasda turizm şirkətlərinə ödənişlərin idarə olunması və müştəri əlaqələrinin rəqəmsallaşdırılması imkanları təqdim edir.

Qeyd edək ki, startap bundan əvvəl də eyni investorların iştirakı ilə 7 milyon və 27 milyon dollarlıq investisiya raundlarını uğurla başa vurmuşdu.

Yeni maliyyələşmə WeTravel-in bazarda genişlənməsi və məhsullarının inkişafına yönəldiləcək.

 

Son xəbərlər
Digər xəbərlər